...

“Twitter” siyasətçilərin silinmiş tvitlərini yadda saxlayan layihəni bağlayıb

Maraqlı Materials 26 Avqust 2015 10:57 (UTC +04:00)
“Twitter” siyasətçilərin silinmiş tvitlərini arxivləşdirən “Politwoops” layihəsini bloklayıb.
“Twitter” siyasətçilərin silinmiş tvitlərini yadda saxlayan layihəni bağlayıb

Azərbaycan, Bakı, 26 avqust /Trend/

"Twitter" siyasətçilərin silinmiş tvitlərini arxivləşdirən "Politwoops" layihəsini bloklayıb. Trend bu barədə "The Independent" qəzetinə istinadən məlumat verir.

Qeyd edək ki, "Politwoops" "Open State Foundation" fondu tərəfindən idarə olunurdu. Servis siyasətçilərin mikrobloqlarına nəzarət edir, onlardan biri tvitini siləndə mesaj dərc edirdi.

2010-cu ildə fəaliyyətə başlayan "Politwoops" dünyanın 30 ölkəsində fəaliyyət göstərirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti