...

Limon şirəsi bağırsaq qripindən qoruyur

Maraqlı Materials 27 Avqust 2015 00:14 (UTC +04:00)
Alimlər müəyyənləşdiriblər ki, limon şirəsinin tərkibində olan sitratlar mədə-bağırsaq qripinə səbəb olan norovirusla mübarizə apara bilir
Limon şirəsi bağırsaq qripindən qoruyur

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Alimlər müəyyənləşdiriblər ki, limon şirəsinin tərkibində olan sitratlar mədə-bağırsaq qripinə səbəb olan norovirusla mübarizə apara bilir.

Trend bu barədə tədqiqatın "Virology" jurnalında dərc olunan nəticələrinə istinadən məlumat verir.

Tədqiqat müəllifləri bildiriblər ki, kəşf təsadüfən edildiyindən sitratların noroviruslara təsir mexanizmi daha ətraflı öyrənilməlidir.

Bununla yanaşı, ekspertlər hesab edir ki, bir neçə damcı limon şirəsi insanı virusa yoluxmağa qoymayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti