...

Dizayner avtomobil hissələrindən geyim hazırladı (FOTO,VİDEO)

Maraqlı Materials 27 Avqust 2015 10:03 (UTC +04:00)
Hollandiyalı dizayner Anuk Vipprext (Anouk Wipprecht) plastikdən hazırlanmış geyim kolleksiyasını təqdim edib.
Dizayner avtomobil hissələrindən geyim hazırladı (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Hollandiyalı dizayner Anuk Vipprext (Anouk Wipprecht) plastikdən hazırlanmış geyim kolleksiyasını təqdim edib. Platik parçaların hamısı 3D-printerdə çap olunub. Həmçinin geyimlərdə "Audi A4" sedanın hissələrindən istifadə olunub. Trend bu barədə "Luxurylaunches"-ə istinadən məlumat verir.

Kolleksiyada cəmi 4 geyim var, onların hamısı ağ və qara rəngdədir.

2 geyimdə lampalar və parkinq sensorları quraşdırılıb. Başqa bir geyim 60 vatt gücə malik işıq diodları ilə bəzədilib. Bundan başqa geyimlərdə lazer məsafəölçənlər quraşdırılıb.

Bir geyimin hazırlanmasına 3 gün lazım olub.

Kolleksiya ilk dəfə Berlində keçirilən " Fashiontech" konfransında təqdim olunub. Kolleksiyanın yaxın zamanda "Audi"nin Milan, Pekin və Londonda yerləşən flaqman mağazalarında nümayiş olunacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti