...

Koreyalı dizayner “tənha insanlar üçün qəhvə qapaqları” düzəltdi (FOTO)

Maraqlı Materials 29 Avqust 2015 09:35 (UTC +04:00)
Qəhvə və öpüşü sevdiyinə görə Ç.Vu-Sok onları birləşdirmək qərarına gəlib. Beləliklə, qəhvənin hər qurtumu improvizə edilmiş öpüşlə müşayiət olunacaq.
Koreyalı dizayner “tənha insanlar üçün qəhvə qapaqları” düzəltdi (FOTO)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Cənubi Koreyalı dizayner Çan Vu-Sok (Jang Wooseok) qəhvə üçün yeni qapaqlar düzəldib. Qapaqların qabarıqlığı insan dodağı və burnu formasındadır. Trend bu barədə "The Daily Mail"-ə istinadən məlumat verir.

Qəhvə və öpüşü sevdiyinə görə Ç.Vu-Sok onları birləşdirmək qərarına gəlib. Beləliklə, qəhvənin hər qurtumu improvizə edilmiş öpüşlə müşayiət olunacaq.

Qeyd olunur ki, tənha qəhvəsevərlər yeniliyi çox gözləməli olmayacaqlar. Qapaqların istehsalına yaxın zamanlarda başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti