...

Dronlara qarşı yeni lazer silahı təqdim edildi (FOTO+VİDEO)

Maraqlı Materials 29 Avqust 2015 11:09 (UTC +04:00)
“Boeing” şirkəti dronlara qarşı daşına bilən lazer topunu sınaqdan keçirib. Top “Lazer silahlanmasının kompakt sistemi” adını alıb.
Dronlara qarşı yeni lazer silahı təqdim edildi (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

"Boeing" şirkəti dronlara qarşı daşına bilən lazer topunu sınaqdan keçirib. Top "Lazer silahlanmasının kompakt sistemi" adını alıb. Trend bu barədə "Wired"-a istinadən məlumat verir.

Silah pilotsuz uçuş aparatlarına 2 kVT gücünə malik infraqırmızı lazer ilə atəş açır. İstehsalçılar hədəfi məhv etmə məsafəsi barədə məlumat verməyib.

Silahın tam gücü ilə hədəfi yandırmasına təqribən 2 saniyə lazım olur. Lazer şüası aparatın korpusunu deşik formasında yandırır, aparatın elektronika və ya mexanikasını korlayır.

Top operator vasitəsilə idarə olunur. Operator lazer şüasını drona noutbuk və Xbox üçün kontrollerin köməyi ilə tuşlayır.

Bütün qurğu 4 çamadana yerləşir. Silahın yığılması üçün bir neçə insana 1-2 dəqiqə vaxt lazım olur.

Sistem yerdən atəş açmaq üçün nəzərdə tutulub. Lakin onda minimal dəyişikliklər etməklə nəqliyyat vasitəsindən atəş açmaq üçün istifadə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti