...

Nəhəng tropik bitki 2007-ci ildən bu yana ilk dəfə çiçək açdı (FOTO)

Maraqlı Materials 4 Sentyabr 2015 01:23 (UTC +04:00)
Denver şəhərində yerləşən Botanika bağında nadir hadisəyə şahid olmaq mümkün olacaq.
Nəhəng tropik bitki 2007-ci ildən bu yana ilk dəfə çiçək açdı (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Bu həftə ərzində ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşən Botanika bağında nadir hadisəyə şahid olmaq mümkün olacaq. Belə ki, nəhəng tropik bitki amorfofallus titanum (latınca "Amorphophallus titanum") 2007-ci ildən etibarən ilk dəfə çiçək açıb. Trend bu barədə xarici mətbuata istinadən məlumat verir.

Çiçəklənmə dövrü 48 saat olan bitkiyə baxmaq üçün Botanika bağının zalına minlərlə ziyarətçi toplaşıb.

Qeyri-adi gözəlliyə malik çiçəyin diametri 1,2 metrə çatır. Bitkinin çiçəkləməsi üçün ən az 8-20 il boy atması lazımdır.

Bitkinin ikinci özəlliyi çiçəklənmə dövründə iylənmiş ət, lax yumurta və balıq qoxusunu xatırladan üfunətli iy buraxmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti