...

Timsahlarla bağlı qalmaqala görə əfsanəvi “Birkin” çantalarının adı dəyişdiriləcək (FOTO)

Maraqlı Materials 4 Sentyabr 2015 22:55 (UTC +04:00)
Fransanın modalar evi “Hermes” aktrisa Ceyn Birkinin şərəfinə adlandırdığı timsal dərisindən hazırlanmış “Birkin” çantalarının adını dəyişdirəcək.
Timsahlarla bağlı qalmaqala görə əfsanəvi “Birkin” çantalarının adı dəyişdiriləcək (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Fransanın modalar evi "Hermes" aktrisa Ceyn Birkinin şərəfinə adlandırdığı timsal dərisindən hazırlanmış "Birkin" çantalarının adını dəyişdirəcək. Aktrisanın özü kompaniyadan adının götürülməsi üçün müraciət edib. C.Birkinin bəyanatı brendin heyvanlarla kobud rəftarı ifşa edildikdən sonra səslənib. Trend bu barədə xarici mətbuata istinadən məlumat verir.

İyulun sonunda PETA ("Heyvanlarla etik davranış tərəfdarları") təşkilatı araşdırmasını dərc edib. Araşdırmada "Hermes" fermalarında timsahlarla necə davranıldığından bəhs edilir. Təşkilatın məlumatına əsasən, heyvanları dərin quyulara salıb amansızca kəsirlər. Bildirilir ki, bir çantanın hazırlanmasına 2-3 timsahın dərisi lazım olur.

Yaranmış qalmaqaldan sonra "Hermes" nümayəndələri daxili tədqiqat işinin başlanması barədə açıqlama verib. Şirkətdən həmçinin məlumat verilib ki, bu, "Birkin"lə əməkdaşlığa təsir göstərməyəcək.

Xatırladaq ki, 1937-ci ildə təsis olunan "Hermes" şirkəti dəri, aksessuar və parfümeriya məmulatları üzrə ixtisaslaşıb. "Birkin" şöbəsi 1981-ci ildə yaradılıb. Qeyd edək ki, bu brendin çantalarının qiyməti 10 min dollardan başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti