...

Əşyaları toxunuşla tanıyan robot yaradılıb

Maraqlı Materials 1 Oktyabr 2015 16:44 (UTC +04:00)
ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun kompüter texnikası və süni intellekt laboratoriyasının tədqiqatçıları silikon materialdan manipulyator yaradıblar.
Əşyaları toxunuşla tanıyan robot yaradılıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun kompüter texnikası və süni intellekt laboratoriyasının tədqiqatçıları silikon materialdan manipulyator yaradıblar. Manipulyatorun köməyi ilə robotlar obyektlərin formasını müəyyənləşdirə biləcəklər. Bu barədə laboratoriyanın saytında deyilir.

Trend Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir ki, qurğu müxtəlif forma və möhkəmliyə malik əşyaların götürülməsi zamanı obyektin üst səthinin bərkliyini və əyriliyini müəyyənləşdirən xüsusi ötürücülərlə təchiz edilib. Alqoritm robot barmaqların düzülüşü barədə məlumatları və ötürücülərin göstəricilərini məlumat bazası ilə müqayisə edərək robotun əlində hansı obyekti tutmasını müəyyənləşdirir.

Robot qarşısında hansı obyektin olmasını anlayandan sonra onu götürmək üçün lazım olan güclə qaldırır.

"Qazeta.ru" yazır ki, sistem hətta formaca bir-birinə oxşar əşyaları, məsələn, plastik və kağız stəkanı effektiv şəkildə seçir. Yumşaq robot barmaqlardan istifadə isə CD disk və ya kağız vərəqi kimi mürəkkəb obyektləri götürməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti