...

Mars planetində şok tapıntı

Maraqlı Materials 7 Oktyabr 2015 02:05 (UTC +04:00)
Amerika Milli Kosmik Agentliyi NASA uzun müddətdir ciddi araşdırmalar apardığı Mars planetində skelet aşkar edib. Daha öncə planetdə su olduğunu sübut edən NASA bu dəfə Marsda canlı varlıqlar olduğunu da aşkarlayıb
Mars planetində şok tapıntı

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Amerika Milli Kosmik Agentliyi NASA uzun müddətdir ciddi araşdırmalar apardığı Mars planetində skelet aşkar edib. Daha öncə planetdə su olduğunu sübut edən NASA bu dəfə Marsda canlı varlıqlar olduğunu da aşkarlayıb.

Trend "Sputnik"a istinadən xəbər verir ki, ötən il planetə göndərilən Curiosity kosmik cihazı Yer kürəsinə olduqca maraqlı şəkillər göndərib. Onlardan biri isə olduqca əhəmiyyətlidir. Çünki göndərilən şəkil Marsda canlı varlıqlar olduğunu sübut edir.

Arxeoloqlara görə, sözügedən skelet şəkili kərtənkələyə aiddir. Bundan öncə isə Curiosity kosmik cihazı iki kəllə sümüyünün şəklini çəkərək Yer kürəsinə ötürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti