...

Dili çölə çıxmış pişik "Instagram"ın "ulduz"u oldu (FOTO)

Maraqlı Materials 13 Oktyabr 2015 23:00 (UTC +04:00)
Pişiyin şəbəkədə yüklənilən hər bir şəkli ən azı min “like” alır.
Dili çölə çıxmış pişik "Instagram"ın "ulduz"u oldu (FOTO)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Kanadada "Mister Maqu" ləqəbli pişik dilinin mütəmadi olaraq ağzından çölə çıxmış vəziyyətdə qalması sayəsində "Instagram" sosial şəbəkəsinin "ulduz"una çevrilib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda heyvanın sosial şəbəkədə 26 min izləyicisi var.

Pişiyin çənəsi sındığından heç cür dilini gizlədə bilmir.

Heyvanın sahibi 2014-cü ildə onun üçün "Instagram"da profil açıb.

Pişiyin şəbəkədə yüklənilən hər bir şəkli ən azı min "like" alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti