...

Ən uzun adam öldü (FOTO)

Maraqlı Materials 10 Noyabr 2015 15:57 (UTC +04:00)
Dünyanın ən uzun adamı olduğu iddia edilən 26 yaşlı Pornçay Saosri ölüb.
Ən uzun adam öldü (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Tailandın Surin əyalətində dünyanın ən uzun adamı olduğu iddia edilən 26 yaşlı Pornçay Saosri ölüb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, onun boyu 2 metr 69 santimetr olub.

Bir sıra xəstəliklərdən əziyyət çəkən P. Saosri xəstəxanada dünyasını dəyişib.

Son bir neçə ildə o, 72 kiloqram arıqlamış, 12 santimetr boy atmışdı. Çəkisi isə 153 kiloqram idi.

Onun dünyanın ən hündür adamı kimi təsdiq edilməsi üçün Ginnesin Rekordlar Kitabına müraciət etmək planlaşdırılsa da, buna nail olunmayıb. Ginnes isə türkiyəli Sultan Köseni (251 santimetr) dünyanın ən uzun adamı kimi tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti