...

Qazaxın istedadlı şagirdi (FOTO)

Maraqlı Materials 7 Yanvar 2016 17:14 (UTC +04:00)
Qazaxlı məktəbli istedadı ilə yaşıdlarından fərqlənir.
Qazaxın istedadlı şagirdi (FOTO)

Bakı. Trend:

Qazaxlı məktəbli istedadı ilə yaşıdlarından fərqlənir. Maraqlı maketlər düzəldib rəsmlər çəkən yeniyetmənin arzusu peşəkar rəssam olmaqdır.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kibrit çöplərindən hazırlanan ev görənlərin marağına səbəb olur. Taleh Məmmədli bu əl işini cəmi bir aya ərsəyə gətirib. 5 ildir maketin ərsəyə gəlməsi üçün 500-dən çox kibrit çöpündən, müxtəlif ağac materiallarından və kartondan istifadə edilib. Balaca evin dam örtüyü açılır, daxilindən otağın dizaynını da rahat görmək mümkündür. 16 yaşlı Talehin belə əl işləri onlarladır. İstedadlı yeniyetmə indiyədək bir neçə dəfə sərgilərdə və yarışlarda iştirak edib.

T.Məmmədli təbii vasitələrdən istifadə etməklə maraqlı rəsmlər də ərsəyə gətirir. O, işlərində milli sərvətlərimizi nümayiş etdirmək istədiyini deyir. Buna görə də rəsmlərdə təbii qozalardan, ağac və otlardan istifadə edir.

Oyma sənəti ilə də maraqlanan istedad bir neçə maraqlı əsər yaradıb. Öz şəxsi sərgisini təşkil etməyi planlaşdıran Talehin ən böyük arzusu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti