...

Əsərləri ilə tarixi yaşadan 67 yaşlı heykəltəraş (FOTO)

Maraqlı Materials 30 Yanvar 2016 16:30 (UTC +04:00)
Qazax sakini görkəmli mütəfəkkirlərə yenidən həyat verir.
Əsərləri ilə tarixi yaşadan 67 yaşlı heykəltəraş (FOTO)

Bakı. Trend:

Qazax sakini görkəmli mütəfəkkirlərə yenidən həyat verir. Dastanları, tarixi hadisələri yenidən insanların gözündə canlandırır. Bütün bunları isə hazırladığı heykəllər sayəsində bacarır.

Darısqal, o qədər də böyük olmayan emalatxana... Qazaxda yerləşən məkan ilk baxışdan cansıxıcı görünsə də əslində burada sənət əsərləri hazırlanır.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, 67 yaşlı Ramiz İsmi-Qaya illərdir bölgədə maraqlı əl işləri ilə diqqət çəkir. İlk işi dahi şair Səməd Vurğunun barelyefini hazırlamaq olub. Daha sonra Qazaxın "Mütəfəkkirlər parkı"nda məşhur şairlərin, aşıqların büstünün, rayonun girişində yerləşən Dədə Qorqud kompleksinin müəllifi olub.

67 yaşlı rayon sakini mənfur düşmənin xalqımıza qarşı törədiyi vəhşiliyi də öz əsərlərində canlandırıb. Metaldan hazırlanan "Haray" bir çox sərgilərdə xarici ölkə vətəndaşlarının marağına səbəb olub. Hazırlanması isə daha çətin başa gəlib.

Heykəltəraş hazırda 5 kompozisiyadan ibarət olacaq "Xəmsə" üzərində çalışır. Gələcəkdə daha böyük komplekslər, heykəllər hazırlamaq iddiasında olan usta bölgədə bu sahəni inkişaf etdirmək üçün dərnək yaratmaq fikirindədir.

Ramiz İsmi-Qaya müxtəlif suvenirlər də hazırlayır. Burada əsas diqqət yetirdiyi məqam isə onların milli ruhu əks etdirə bilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti