...

Google işçisi ildə 230 min dollar qazanır

Maraqlı Materials 6 Fevral 2016 14:39 (UTC +04:00)
Google korporasiyasının işçilərinin orta illik əmək haqları 160 min funt sterlinq (230 min dollardan çox) təşkil edir.
Google işçisi ildə 230 min dollar qazanır

Bakı. Elçin Hüseynov - Trend:

Google korporasiyasının işçilərinin orta illik əmək haqları 160 min funt sterlinq (230 min dollardan çox) təşkil edir. Trend xəbər verir ki, bu barədə Daily mail qəzeti korporasiyanın Britaniyadaki bölməsinin xərclər smetasına istinadən bildirir.

Son vaxtlar Google işçilərinin sayını artırır. Belə ki, 18 ay ərzində 500 yeni əməkdaş işə gəbul olunub.

Bu müddət ərzində, korporasiyanın xərcləri əsasən Avropada və İrlandiyadakı bölmələrin marketinq xidmətlərinin maliyyələşdirilməsinə sərf olunub.

ABŞ-ın Google korporasiyasının əməkdaşlarının əmək haqları dünya üzrə ən yüksək maaşlardan sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti