...

İtaliya kurortları "hər şey daxil" qida sisteminə keçəcəklər

Maraqlı Materials 10 Fevral 2016 12:21 (UTC +04:00)
İtaliyanın Emilya-Romanya əyalətinin icra hakimiyyəti və turizm biznesi rusiyalılara hesablanmış "hər şey daxil" qida sisteminə uyğun təkliflər hazırlayırlar.
İtaliya kurortları "hər şey daxil" qida sisteminə keçəcəklər

Bakı. Elçin Hüseynov - Trend:

İtaliyanın Emilya-Romanya əyalətinin icra hakimiyyəti və turizm biznesi rusiyalılara hesablanmış "hər şey daxil" qida sisteminə uyğun təkliflər hazırlayırlar.

Trend Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rimini şəhəri beynəlxalq hava limanının direktoru Leonardo Korbuççi deyib.

O əlavə edib ki, Emilya-Romanya kurortu bütün fəsillərə uyğun dəniz istirahəti üçün yaxşı infrastruktura malikdir.

Xatırladaq ki, "hər şey daxil" qida sistemi indiyə kimi ən çox Türkiyə və Misir kurortlarında tətbiq olunub və rusiyalı turistlərin rəqbətini qazanıb.

Emilya-Romanya çimərlik turizmilə yanaşı, səyahətçilər arasında şərabçılıq ilə də məşhurdur. Hesab olunur ki, lazanya və bolonez sousu məhz burada yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti