Bakı. Elçin Hüseynov - Trend:
Cənubi Koreyanın LG şirkətinin G5 smartfonunun yeni funksiyası olacaq - telefonun ekranı daimi yanacaq. Trend Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə LG Mobil-ın Facebook-dakı rəsmi səhifəsində bildirilir.
Daimi yanan ekranda bir necə vacib göstəricilər öz əksini tapacaq, o cümlədən, vaxt, ötürülmüş zənglər və mesajlar kimi bildirişlər.
LG-nin yeni G5 smartfonunun təqdim olunması fevralın 21-i Barselonada keçiriləcək Mobile World Congress 2016-ya planlaşdırılıb.
İndiyə kimi, yalnız Rusiyanın Yotaphone smartfonu ekranın daimi yanan funksiyası ilə təhciz olunub.