...

Dietoloqlar: Su sizi arıqladacaq

Maraqlı Materials 2 Mart 2016 14:03 (UTC +04:00)
ABŞ-ın İllinoys universitetinin alimləri bir daha sübüt ediblər ki, içməli su arıqlamaq niyyətində olan insanlara yardımçı ola bilər.
Dietoloqlar: Su sizi arıqladacaq

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ-ın İllinoys universitetinin alimləri bir daha sübüt ediblər ki, içməli su arıqlamaq niyyətində olan insanlara yardımçı ola bilər.

Trend "Journal of Human Nutrition and Dietetics" dərgisinə istinadən xəbər verir ki, su həmçinin insan orqanizmindəki şəkəri, piyləri və xolesterini azaltmağa kömək edir.

Dietoloqlar 18 mindən çox insanın qida vərdişlərini öyrəniblər.

Məlum olub ki, sorğuda iştirak edən insanlar gün ərzində 2,1 min kalori qəbul ediblər. 125 kalori tərkibində şəkər olan içkilərə, 432 isə - az kalorili dietik şirniyyata aid idi. Sorğuda iştirak edən hər bir şəxs gün ərzində 4 stəkan su qəbul edirdi və bu, ümumi içəcəklərinin 30 faizini təşkil edirdi.

Təkrarən keçirilən tədqiqatlar göstərdi ki, 1-3 stəkan daha cox su içən insanların orqanizmində 205 kalori az yığılırdı. Bu isə 18 qram şəkərə və 21 qram xolesterinə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti