...

Bakıda bədii gimnastika üzrə II Açıq Təhsil Kuboku keçirilir (FOTO)

Maraqlı Materials 15 Mart 2016 14:15 (UTC +04:00)
Bu gün Bakı Gimnastika Məktəbində bədii gimnastika üzrı II Təhsil Kuboku keçirirlir. II Təhsil Kubokunda 107 gimnast iştirak edir.
Bakıda bədii gimnastika üzrə II Açıq Təhsil Kuboku keçirilir (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakı Gimnastika Məktəbində bədii gimnastika üzrə II Açıq Təhsil Kuboku keçirilir. II Təhsil Kubokunda 107 gimnast iştirak edir. Onlar Azərbaycan regionları da daxil olmaqla müxtəlif idman cəmiyyətlərini təmsil edirlər.

Yarışların açılış mərasimində Bakı Gimnastika Məktəbinin azyaşlı idmançıları iştirak ediblər. Onlar rəngarəng nümunəvi nömrələr icra ediblər.

Qaliblərin mükafatlandırma mərasimində Bakı Gimnastika Məktəbinin direktoru Adil Hüseynzadə, "Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini Elvin Qurbanov, Bakı Gimnastika Məktəbinin direktor müavini Şahin Kazımzadə və məktəbin təhsil şöbəsinin müdiri Adıgözəl Rəcəbov iştirak ediblər.

E.Qurbanov yarışlarda əldə edilmiş uğurlara görə təbrik edib və onlara gələcək idman karyeralarında uğurlar arzulayıb: "Ümid edirəm ki, beynəlxalq səviyyədə bədii gimnastikada azərbaycanlı gimnastların nəticələri daha da yüksək olacaq. Bu məqsədə çatmaq üçün bütün mümkün çətinliklərin öhdəsindən gəlmək niyyətindəyik".

Həmçinin qeyd edilib ki, belə yarışlar bu idman növünün inkişafına, onun gənc nəslin arasında populyarlaşmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti