...

Azadlığa qovuşanlar... (ƏLAVƏ OLUNUB) (FOTO)

Maraqlı Materials 18 Mart 2016 11:22 (UTC +04:00)
Bu gündən dövlət başçısının dünən imzaladığı əfv sərəncamının icrasına başlanılıb.
Azadlığa qovuşanlar... (ƏLAVƏ OLUNUB)  (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gündən dövlət başçısının dünən imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Trend-in 2 saylı cəzaçəkmə müəssisəsində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saatlarında adı çəkilən müəssisədən 16 məhbus azadlığa buraxılıb. Onlardan 14-ü Azərbaycan, 1-i İsrail, 1-i isə Pakistan vətəndaşıdır.

Əvf sərəncamı Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunub. Cəzaçəkmə müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Bayramova Şəbnəm Səfər qızı (1986-cı il təvəllüdlü) Azərbaycan, digəri Khodjayeva Mastura Urakovna (1968-ci il təvəllüdlü) Özbəkistan vətəndaşıdır.

9 saylı cəzaçəkmə müəssisəsindən 3 məhbus azadlığa buraxılıb.

17 saylı cəzaçəkmə müəssisəsindən isə 3 məhbus azadlığa buraxılıb.

Qeyd edək ki, dünən martın 17-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.

Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti