...

İnsan dərisinə yapışdırılan displey icad olundu

Maraqlı Materials 4 May 2016 20:02 (UTC +04:00)
Tokio Universitetinin mütəxəssisləri millimetrin 300-də bir hissəsi qalınlığında elastik displey icad ediblər.
İnsan dərisinə yapışdırılan displey icad olundu

Bakı. Elçin Hüseynov - Trend:

Tokio Universitetinin mütəxəssisləri millimetrin 300-də bir hissəsi qalınlığında elastik displey icad ediblər. Bu barədə Trend Yaponiyanın "NHK" telekanalına istinadən xəbər verir.

Yeni displeyi insanın dərisinə yapışdırmaqla şəkil və videonu seyr etmək mümkün olacaq. Ultranazik displey ona quraşdırılmış və millimetrin 2000-də bir hissəsini təşkil edən işıq-diodlar vasitəsilə çalışır. Hələlik belə tipli işıq-diodlar vasitəsilə yalnız sadə şəkillər ötürmək olar. Amma gələcəkdə belə displeydə hətta televiziya verilişlərinə baxmaq mümkün olacaq.

Displeyi ovuca rahat şəkildə yapışdırmaq olur. Alimlərin fikrincə, gələcəkdə televizor və ya videotelefonların ekranlarını ələ yerləşdirmək dəbə çevriləcək.

Mütəxəssislər hesab edirlər ki, belə texnologiyaların inkişafı dəb və geyim sahəsində yeni istiqamətlər açacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti