...

Avropanın ən bahalı hotelləri olan paytaxt şəhərləri

Maraqlı Materials 13 May 2016 13:56 (UTC +04:00)
"Hotel info" turist servisinin reytinqinə əsasən, Avropanın ən bahalı hotelləri olan paytaxt şəhəri Bern seçilib.
Avropanın ən bahalı hotelləri olan paytaxt şəhərləri

Bakı. Elçin Hüseynov - Trend:

"Hotel info" turist servisinin reytinqinə əsasən, Avropanın ən bahalı hotelləri olan paytaxt şəhəri Bern seçilib.

Trend xəbər verir ki, Berndə 1 sutkalıq hotel turistə orta hesabla 147 avroya başa gəlir. Son bir il ərzində İsveçrə paytaxtında hotel qiymətləri 7% artıb.

Reytinqin ikinci pilləsində 138 avro ilə Böyük Britaniyanın paytaxtı durur. Londonda son bir il ərzində hotel qiymətləri isə əksinə, 2% ucuzlaşıb.

Avropanın ən bahalı paytaxt hotelləri sıyahısında 136 avro ilə Kopenhagen durur. Paris (117 avro) reytinqdə 9-cu, Moskva (92 avro) isə 11-cidir.

Həmçinin siyahıda ən bahalı hotelləri ilə Stokholm, Oslo, Brüssel, Helsinki, Amsterdam, Dublin, Belqrad, Berlin, Vyana və Madrid kimi paytaxtlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti