...

Çinli yanlış məhkəmə qərarı ilə 23 illik həbsdən sonra kompensasiya alacaq

Maraqlı Materials 14 May 2016 14:01 (UTC +04:00)
Çində yanlış məhkəmə qərarı ilə 23 il azadlıqdan məhrum edilmiş Çen Man kompensasiya qismində 429 min dollar (2,75 milyon yuan) alacaq.
Çinli yanlış məhkəmə qərarı ilə 23 illik həbsdən sonra kompensasiya alacaq

Bakı. Elçin Hüseynov - Trend:

Çində yanlış məhkəmə qərarı ilə 23 il azadlıqdan məhrum edilmiş Çen Man kompensasiya qismində 429 min dollar (2,75 milyon yuan) alacaq. Bu barədə Trend "Xinhua" agentliyinə istinadən xəbər verir.

O, ümumi məbləğdən 288,6 min dollar 8437 gün azadlıqdan məhrum edilməsinə görə alacaq. Haynan vilayətinin Ali Xalq Məhkəməsindən bildiriblər ki, bu rəqəm Çin vətəndaşının orta gündəlik gəlir əmsalı üzrə hesablanıb. Qalan hissə isə vətəndaşa dəymiş mənəvi zərərin ödənilməsi olacaq.

Ç.Man kompensasiyanın məbləğindən təəssüf hissi keçirsə də, verilən vəsaitlə razılaşıb. O, əvvəlcə dəymiş mənəvi zərərin ödənməsi üçün məhkəmədən 1,48 milyon dollar tələb edirdi.

Qeyd edək ki, 2015-ci ildə ABŞ-da yanlış məhkəmə qərarı ilə 24 il ərzində azadlıqdan məhrum olunmuş Conatan Fleminqə kompensasiya qismində 6 milyon dollardan çox vəsait ödənilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti