...

350 manata "milli traktor" (FOTO)

Maraqlı Materials 28 May 2016 14:11 (UTC +04:00)
100 km-ə 2 litr benzin işlədir. Qeyri-adi ixtira görənlərin marağına səbəb olur.
350 manata "milli traktor" (FOTO)

Bakı. Trend:

Qobustan sakini Famil Şıxəliyev hazırladığı traktorla görənləri heyrətləndirib.

Trend Region TV-yə istinadən məlumat verir ki, fərqli dizayna malik bu texnikanın bir çox özəllikləri var. Əsas özəlliyi isə yanacaq sərfiyyatıdır. Belə ki, traktor 100 km məsafəyə 2 litr benzin işlədir. Özünün də dediyi kimi, traktorun hazırlanmasına çox pul xərcləməyib - cəmi 350 manata başa gəlib.

O, əvvəlcə hazırlayacağı texnikanın detallarını toplayıb, zəruri avadanlıqdarı əldə etdikdən sonra qolunu çırmalayaraq işə başlayıb. Hələ o vaxt konstruktorun bu ideyanı gerçəkləşdirə biləcəyinə çoxları inanmırdı.

Saatda təxminən 60 kilometr qət edən traktorun hazırlanmasına cəmi 20 gün vaxt sərf edib. 2 nəfər üçün nəzərdə tutulan traktorun yükgötürmə qabiliyyəti təxminən 500 kq-dır. Əsasən, "VAZ" markalı maşının hissələrindən yığılan texnikaya indi tələbat yüksəkdir. Elə qəhrəmanımız da deyir ki, onun məqsədi təsərrüfat işlərində fermerlərə yardımçı olmaqdır, ancaq hələlik unikal traktoru satmaq fikri yoxdur.

İndiki vəziyyətdə ot, taxıl məhsullarının daşınması üçün nəzərdə tutulan bu texnikanı təkmilləşdirməyi qarşısına məqsəd qoyan gənc ixtiraçı daha çox funksiyaları olan yeni bir texnika hazırlayacağını deyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti