...

Günəş batareyaları ilə işləyən təyyarə Atlantik okeanını fəth etdi

Maraqlı Materials 23 İyun 2016 13:23 (UTC +04:00)
Günəş batareyaları ilə işləyən "Solar Impulse-2" təyyarəsi Atlantik okeanını fəth edərək İspaniyanın Sevilya şəhərində enib.
Günəş batareyaları ilə işləyən təyyarə Atlantik okeanını fəth etdi

Bakı. Elçin Hüseynov - Trend:

Günəş batareyaları ilə işləyən "Solar Impulse-2" təyyarəsi Atlantik okeanını fəth edərək İspaniyanın Sevilya şəhərində enib.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat "Twitter" şəbəkəsində yerləşdirilib.

Məlumatda deyilir ki, təyyarə Atlantik okeanının üzərindən ilk uçuşunu 70 saat ərzində başa vurub. Sınaqdan keçən və günəş enerjisi ilə işləyən "Solar Impulse-2" öz uçuşuna iyunun 20-si Nyu-Yorkdan başlayıb. Təyyarəni isveçrəli pilot Bertran Pikap idarə edib.

"Solar Impulse-2" İsveçrədə istehsal olunub. Təyyarə qanadlarının uzunluğu 72 metr, çəkisi isə 2,3 ton təşkil edir. Hava gəmisində 17 min günəş akkumulyator batareyası quraşdırılıb, onların əsasında 4 elektrik mühərriki çalışır. Təyyarənin kreyser sürəti saatda 140 km təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti