...

Avstraliyada "terrorçu" kenqurunun qarşısı alınıb

Maraqlı Materials 30 İyun 2016 20:58 (UTC +04:00)
Avstraliyanın Melburn şəhərinin sakini Sevdet Besim özünü kenqurunun iştirakı ilə terror aktının hazırlanmasında təqsirli bilib.
Avstraliyada "terrorçu" kenqurunun qarşısı alınıb

Bakı. Elçin Hüseynov - Trend:

Avstraliyanın Melburn şəhərinin sakini Sevdet Besim özünü kenqurunun iştirakı ilə terror aktının hazırlanmasında təqsirli bilib.

Bu barədə Trend "Qazeta.ru" saytına istinadən xəbər verir.

İŞİD terror təşkilatının təbliğatının təsiri altında olan 19 yaşlı S.Besim partlayışı Avstraliyanın milli bayramı günündə təşkil etmək fikrində imiş.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, terrorçu partlayıcı maddələri kenqurunun kisəsində yerləşdirərək polislərin tərəfinə yönəltmək fikrində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti