...

Göyçay sakini tullantılardan təyyarə düzəltdi (FOTO/VİDEO)

Maraqlı Materials 20 İyul 2016 19:23 (UTC +04:00)
Göyçay rayonunun Şahsoltanlı kəndində yaşayan,1982-ci il təvəllüdlü Bəhlul Həmidovun hazırladığı 4 mərtəbəli bina, həyət evi, avtomobil, təyyarə, quş yuvası maketləri və güldan görənlərin marağına səbəb olur.
Göyçay sakini tullantılardan təyyarə düzəltdi (FOTO/VİDEO)

Bakı. Trend:

Göyçay rayonunun Şahsoltanlı kəndində yaşayan,1982-ci il təvəllüdlü Bəhlul Həmidovun hazırladığı 4 mərtəbəli bina, həyət evi, avtomobil, təyyarə, quş yuvası maketləri və güldan görənlərin marağına səbəb olur.

Trend Region TV-yə istinadən xəbər verir ki, 2 ildən artıqdır bu işlə məşğul olan B.Həmidov onları karton, kağız, məftil, qamış, kibrit çöpləri və tullantı əşyalardan hazırlayır.

B.Həmidov yaratdığı əl işlərinin əksəriyyətinin ideyasının özünə məxsus olduğunu deyir. O bəzi maketlərin hazırlanmasında internet materiallarından da istifadə etdiyini bildirir.

B.Həmidov İsmayılıda təşkil olnunan müsabiqəyə də qatılıb. Sərgi iştirakçılarının əl işlərini yüksək qiymətləndirməsi onun daha da həvəsləndirib.

O, bu işə başlamazdan öncə rəsm çəkməklə məşğul olub. Bu sahəyə olan marağı da elə rəssamlıqdan qaynaqlanıb. İndi onun yeganə istəyi, əl işlərini ölkə əhəmiyyətli sərgilərdə nümayiş etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti