...

Google yeni "Duo" videozənglər proqramını təqdim etdi

Maraqlı Materials 16 Avqust 2016 14:52 (UTC +04:00)
ABŞ-ın "Google" korporasiyası videozəngləri həyata keçirməyi nəzərdə tutan yeni "Duo" proqramının buraxılışını elan edib.
Google yeni "Duo" videozənglər proqramını təqdim etdi

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ-ın "Google" korporasiyası videozəngləri həyata keçirməyi nəzərdə tutan yeni "Duo" proqramının buraxılışını elan edib. Bu barədə Trend "Google"un rəsmi məlumatına istinadən xəbər verir.

Proqramın tərtibatçıları qeyd edirlər ki, "Duo"un interfeysi çox rahat və sadədir. İstifadəçiyə proqrama qoşulmaq üçün sadəcə mobil nömrəni daxil etmək kifayətdir. Əlavə qeydiyyat keçməyə ehtiyac yoxdur.

Videozəngləri proqramın telefon kitabçasından istifadə edərək abonentin birbaşa nömrəsinə yığmaqla da həyata keçirmək mümkündür. İstehsalçılar qeyd edirlər ki, zənglər internet siqnalın zəif olduğu məkanlarında da mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti