...

Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb

Maraqlı Materials 17 Avqust 2016 11:41 (UTC +04:00)
Çin kvant rabitəsi üçün dünyada ilk eksperimental peyki uğurla orbitə buraxıb.
Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb

Bakı. Trend:

Çin kvant rabitəsi üçün dünyada ilk eksperimental peyki uğurla orbitə buraxıb. Trend-in xarici KİV-ə istinadən məlumat verir ki, qədim Çin filosofunun şərəfinə adlandırılmış "Mo-szı" aparatı "Çançjen-2D" raket daşıyıcısının köməyi ilə orbitə çıxarılıb.

Missiyanın əsas məqsədlərindən biri informasiyanın kvant ötürülməsini həyata keçirmək, Çin (Pekin) və Avropa (Vyana) arasında hakerlər üçün tamamilə əlçatmaz olan təhlükəsiz rabitə kanalı yaratmaqdır.

"Bu layihə qlobal miqyasda kvant rabitənin tətbiqi mümkünlüyünü sübut etmək üçün nəzərdə tutulub Bu, kvant internetin gələcək inkişafı istiqamətində vacib addımdır" - Avstriya fiziki Anton Saylinqer deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti