...

Su Günəş şüalarının köməyi ilə təmizlənəcək

Maraqlı Materials 18 Avqust 2016 17:45 (UTC +04:00)
Yeni texnologiya suyu Günəş şüalarının köməyi ilə təmizləməyə imkan verəcək.
Su Günəş şüalarının köməyi ilə təmizlənəcək

Bakı. Trend:

Yeni texnologiya suyu Günəş şüalarının köməyi ilə təmizləməyə imkan verəcək. Trend-in məlumatına görə, ABŞ-da günəş enerjisinin köməyi ilə suyun təmizlənməsi üsulu hazırlanıb. Belə ki, xüsusi linza suyun qızdırılması üçün günəş şüalarını fokuslayır, bu isə suyu çirkləndirən maddələrin və zərərli bakteriyaların parçalanmasına səbəb olur.

Çəkiyə malik və daşına bilən “Şüa” (“Ray”) adlandırılan qurğu bakteriyaları 99 faiz məhv edir. Sistemdən istifadə zamanı xarici qida mənbəyi tələb olunmur.

Qeyd edək ki, suyun təmizlənməsi üçün günəş enerjisindən istifadə ideyası artıq mövcud olsa da, bu üsulların əksəriyyəti yeni sistemə nisbətən böyük vəsait tələb edir və məhsuldarlığı nisbətən aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti