...

Marsda paronormal qüvvə aşkarlanıb

Maraqlı Materials 19 Avqust 2016 02:01 (UTC +04:00)
Marsda paronormal qüvvə aşkarlanıb
Marsda paronormal qüvvə aşkarlanıb

Bakı. Trend:

Marsda paronormal qüvvə aşkarlanıb.

Trend-in Sputnik News-a istinadən verdiyi məlumata görə, Mars planetinin "Curiosity" marsoxodu vasitəsilə əldə olunan son şəkillər elm adamları arasında fikir ayrılığına səbəb olub.

"Vista News" saytının məlumatına görə, qırmızı planetin səthində mütəxəssislər tərəfindən şübhəli obyekt aşkar edilib.

NASA alimləri görüntüdə Marsın səthində arxasınca çox böyük iz qoyan, daşa bənzər əşyanın hərəkət etdiyini müşahidə ediblər. "Curiosity" aparatı tərəfindən bu obyektin bir neçə şəkilini çəkmək mümkün olub.

NASA əldə olunmuş şəkilləri cəmiyyətə təqdim etsə də, hələ onları şərh etmir. Planetin səthində daşı hansı qüvvənin hərəkətə gətirdiyi və bu anormallığın səbəbləri sual olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti