...

Dünyanın ilk mavi şərabı (FOTO)

Maraqlı Materials 21 Noyabr 2016 20:38 (UTC +04:00)
İspaniya şirkəti dünyada ilk mavi şərabı istehsal edib.
Dünyanın ilk mavi şərabı (FOTO)

Bakı. Trend:

İspaniya şirkəti yeni ixtirası ilə ənənəvi şərab istehsalçılarını silkələyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Gïk Blue" adı verilən şərablar dünyada ilk belə istehsaldır.

Şərabın yaradıcılarından olan Aritz Lopez ideyasını reallaşdırmaq üçün Bask Üniversitetinin kimyaçılarından yardım alıb.

Şərabda mavi rəngi almaq üçün onlar təbii üsuldan istifadə ediblər. "Gïk Blue" qırmızı və ağ üzümlərin müxtəlif növlərinin iki orqanik piqmentindən alınır: qırmızı üzümün qabığındakı antosiyanin və qırmızı-mavi qida boyası olaraq istifadə edilən, indigotin adlı orqanik birləşmələrdən.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti