...

Xaçmazda qeyri-adi ixtira (FOTO/VİDEO)

Maraqlı Materials 22 Noyabr 2016 18:33 (UTC +04:00)
Xaçmaz rayon sakini Kamal Balacayev 20 ildən çoxdur ki, qaynaqçı işləyir.
Xaçmazda qeyri-adi ixtira (FOTO/VİDEO)

Bakı. Trend:

Xaçmaz sakininin ixtirası insanları sevindirib.

Trend ARB Şimal-a istinadən xəbər verir ki, 20 ildən çoxdur qaynaqçı işləyən Kamal Balacayev emalatxanasında müxtəlif əşyalarla yanaşı hər növ soba da hazırlayır.

K.Balacayevin ərsəyə gətirdiyi sobalardan biri öz qeyri-adiliyi ilə diqqət çəkir. Soba müxtəlif növ yanacaqla işləyə bilir. Satışdakı qızdırıcılardan fərqli olaraq bu sistem həm qaz, həm odun, həm dizel, həm də elektriklə qızdırılır.

Sifarişdən asılı olaraq soba daha az yanacaq növü ilə də işləyə bilər. K.Balacayevin hazırladğı sistemləri quraşdırmaqla məşğul olan Mustafa Rəsulov deyir ki, bununla bağlı ona müraciətlər çox olur. Evlərinə kombi qızdırıcılar qoyan şəxslər daha sonra Kamal ustanın hazırladığı unikal sobalara üz tutur. Səbəb isə bu sobaların daha qənaətli olmasıdır.

Bu tip sobalar evdə müxtəlif yerlərdə quraşdırıla bilər. Sobanın üzərindəki su qızdırıcı isə hamamdakı qızdırıcını əvəzləmək imkanına malikdir. Sözügedən cihazlar istixanalarda səmərəli effektiv verir. Üstünlüklərindən biri də daha uzunömürlü olmasıdır. Hazırlanması 20-25 gün vaxt alan bu cihazın qiyməti orta hesabla 1000-1200 manat arasında dəyişir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti