...

Sensor ekranlı təyyarə illüminatorları istehsal edildi (FOTO)

Maraqlı Materials 2 Dekabr 2016 16:59 (UTC +04:00)
"Vision Systems” şirkəti, sərnişinlərin əyləncəsi üçün nəzərdə tutulmuş sensor ekranlı təyyarə illüminatorlarını təqdim edib.
Sensor ekranlı təyyarə illüminatorları istehsal edildi   (FOTO)

Bakı. Trend:

"Vision Systems” şirkəti, sərnişinlərin əyləncəsi üçün nəzərdə tutulmuş sensor ekranlı təyyarə illüminatorlarını təqdim edib.

Trend-in məlumatına görə, "Acti-Vision Window" adlı illüminatorlar, elektrokimyəvi şüşə və sensorlu ekran laylarından ibarətdir. Xüsusi interfeys vasitəsilə sərnişin həmin ekranda veb saytlara daxil ola, video və fotolara baxa bilər. Həmçinin ekranın parlaqlıq səviyyəsini də dəyişmək mümkündür. Bu zaman ekrandakı görüntü pəncərədən baxdığımız zaman gördüyümüz görüntü kimi əks olunacaq. Beləliklə bu rejimdə hava proqnozu, təyyarədən kənarda havanın temperaturu və ya uçuş haqqında məlumatı izləmək daha rahat olacaq.
Həmin illüminatorları bir toxunuşla söndürmək və gün işığının sərnişini narahat etməməsi üçün onları elektrokimyəvi şüşə xüsusiyyəti vasitəsilə qaraltmaq da mümkün olacaq.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin.

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında.

Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6
https://www.youtube.com/TexnoPark
https://www.facebook.com/AZTexnoPark/

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti