...

Amerikalı neyrofizioloqlar insanlara itirilmiş xatirələri qaytara biliblər

Maraqlı Materials 2 Dekabr 2016 18:53 (UTC +04:00)
Bir qrup amerikalı neyrofizioloq insanlara itirilmiş xatirələri qaytara biliblər.
Amerikalı neyrofizioloqlar insanlara itirilmiş xatirələri qaytara biliblər

Bakı. Trend:

Bir qrup amerikalı neyrofizioloq insanlara itirilmiş xatirələri qaytara biliblər.

Trend-in "Science" elmi jurnalına istinadən verdiyi məlumata görə, alimlər bunun üçün bir qrup könüllü üzərində təcrübələr həyata keçirib.

Məqalədə qeyd olunur ki, təcrübə zamanı könüllülərə müxtəlif insan üzləri, sözlər və həndəsi fiqurlar olan şəkillər göstərilib. Daha sonra bioloqlar həmin şəxslərə digər görüntülər nümayiş etdirib.

Nəticədə təcrübədən keçirilənlər ilk görüntüləri unutduqda, alimlər maqnit sahəsinin köməyi ilə əsəb hüceyrələrini stimullaşdırmağa çalışıb.

Məlum olub ki, bu stimullaşdırma prosesləri əsəb hüceyrələrinin dərhal impuls mübadiləsi həyata keçirməsinə səbəb olub. Nəticədə əvvəlcə silinən görüntülər yenidən yaddaşda bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti