...

“Rolls-Royce” yeni “off-roader” modelinin ilk fotolarını nümayiş etdirib

Maraqlı Materials 5 Dekabr 2016 18:51 (UTC +04:00)
Ötən ilin fevral ayında “Rolls-Royce Motor Cars” şirkəti “Cullinan” layihəsinin həyata keçirilməsi barədə əlaqədar tərəfləri mütəmadi şəkildə məlumatlandırmağı öhdəliyini üzərinə götürdürdüyünü elan etmişdi.
“Rolls-Royce” yeni “off-roader” modelinin ilk fotolarını nümayiş etdirib

Bakı. Trend:

Ötən ilin fevral ayında “Rolls-Royce Motor Cars” şirkəti “Cullinan” layihəsinin həyata keçirilməsi barədə əlaqədar tərəfləri mütəmadi şəkildə məlumatlandırmağı öhdəliyini üzərinə götürdürdüyünü elan etmişdi.

İldə iki dəfə brend layihənin yenilikləri barədə məlumatlar paylaşırdı və hazırda “Rolls-Royce” yüksək keçmə qabiliyyətinə malik tam ötürücü sistemli avtomobilin hazırlanmasında növbəti dövrün təməlini qoyan prototipin ilk şəkillərini dərc edib. Şirkət artıq yeni modelin ictimai sinaqlarına start verib.

Dünyada zərif əşyaların aparıcı istehsalçısı “Cullinan” layihəsinin irəliləməsi barədə ictimayyəti mütəmadi olaraq məlumatlandırıb. Yeni tam ötürücü sistemin ilk mühəndis prototipi və 2018-ci ildən etibarən brendin bütün modellərinin əsasını təşkil edəcək yeni alüminium arxitekturu ictimaiyyətə təqdim olunub.

İndi isə avtomobilin prototipi dünyanın fərqli ölkələrinə səyahət edəcək və yeni model dünyanın hər nöqtəsində əfsanəvi axarlığın zəmanəti olduğunu təsdiqləyəcək çətin sınaq proqramından keçəcək. Məsələn, Milad bayramından dərhal sonra prototip Qütb dairəsinə yollanacaq ki, burada yeni model dözümlülük testindən keçəcək və eyni zamanda, mufta soyuq hava şəraitində yoxlanacaq. Bir qədər sonra 2017-ci ildə model Yaxın Şərqə üz tutacaq və ən yüksək hava temperaturu və səhranın digər çətin şəraitlərində sınaqlarından keçəcək.

“Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller-Ötvös qeyd edib: “Bu, həm “Rolls-Royce”, həm də dünyanın hər yerinini dəb ekspertləri üçün “Cullinan” layihəsinin irəlliləməsində inanılmaz həyəcanlandırıcı məqamdır. İlk dəfə olaraq tam ötürücü sistemi yeni “dəb arxitekturu” ilə birləşdirdik. Bu, həqiqətən mötəbər “Rolls-Royce” modelini yaratmağa yol açır. Əvvəlki modellər kimi o, yeni etalona çevriləcək və onun köməyi ilə başqa dəb əşyaları qiymətləndiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti