...

Gündəlik idman hərəkətləri infarktın qarşısını alır

Maraqlı Materials 13 Yanvar 2017 16:42 (UTC +04:00)
Gün ərzində 20 dəqiqəlik idman hərəkətləri insan orqanizminə güclü antioksidant kimi qoruyucu təsir göstərir.
Gündəlik idman hərəkətləri infarktın qarşısını alır

Bakı. Trend:

Gün ərzində 20 dəqiqəlik adi idman hərəkətləri insan orqanizminə güclü antioksidant kimi qoruyucu təsir göstərir.

Trend-in məlumatına görə, idman hərəkətləri ürəyi, əzələləri, sümükləri qoruyur və bir sıra xəstəliklərin inkişafının qarşısını alır.

Fiziki fəaliyyətin aşağı səviyyəsi ürək tutmalarının, infarkt, insult kimi xəstəliklərin səbəblərindən biri kimi göstərilir. Alimlərin apardığı tədqiqatlar göstərir ki, idman hərəkətlərinin daim yerinə yetirilməsi infarkt ehtimalını dəfələrlə aşağı salır.

Bu nəticələr 47 könüllünün üzərində aparılan təcrübə və müşahidələrdən sonra əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti