...

Kəpənəyə "Donald Tramp" adı verildi

Maraqlı Materials 18 Yanvar 2017 12:07 (UTC +04:00)
Kanadalı entomoloq Vazrik Nazari kəşf etdiyi yeni növ kəpənəyi Donald Trampın şərəfinə adlandırıb.
Kəpənəyə "Donald Tramp" adı verildi

Bakı. Trend:

Kanadalı entomoloq Vazrik Nazari kəşf etdiyi yeni növ kəpənəyi Donald Trampın şərəfinə adlandırıb.

Trend-in məlumatına görə, "ZooKeys" jurnalında dərc olunan məqalədə qeyd olunur ki, alimin bu qərara gəlməsinə səbəb kəpənəyin rəng və "saç düzümü"ndən D.Trampa oxşamasıdır.

Bu kəpənək Cənubi Karolinada Santa-Katalina adasında yaşayır.

Qeyd edək ki, bundan əvvəl yeni növ tropik balığına "Barak Obama", eləcə də yeni növ parazit arılara "Bred Pit" adı verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti