...

Polisi görən dilənçi pullarını dönərdə gizlətdi

Maraqlı Materials 18 Yanvar 2017 22:38 (UTC +04:00)
Dilənçilər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 109 lirə cərimə olunub.
Polisi görən dilənçi pullarını dönərdə gizlətdi

Bakı. Trend:

Türkiyənin Konya şəhərində dilənçilərə qarşı əməliyyat keçirilib.

Trend-in məlumatına görə, polisləri görən dilənçilərdən biri pullarını dönərin içində gizlədib.

Ümumilikdə, əməliyyat zamanı aralarında uşaqların da olduğu 15 nəfər Polis İdarəsinə aparılıb, onlardan 300 lirə götürülüb.

Dilənçilər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 109 lirə cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti