...

Limon və sarımsaq - "dirilik suyu"

Maraqlı Materials 10 Fevral 2017 23:09 (UTC +04:00)
Çox faydalı olan limon və sarımsaq birlikdə bir çox xəstəliklərə çarədirlər.
Limon və sarımsaq - "dirilik suyu"

Bakı. Fidan Həsənzadə - Trend:

Çox faydalı olan limon və sarımsaq birlikdə bir çox xəstəliklərə çarədirlər.

Trend-in məlumatına görə, limon suyu və sarımsağı hazırlamaq üçün 2 litr limon suyuna 40 diş soyulmuş sarımsağı əzib qatmaq, qeyri-şəffaf balona tökmək və ağzını möhkəm bağlamaq lazımdır. Bundan sonra 25 gün ərzində qarışığı çalxalamaq, 25 gündən sonra isə hər səhər yeməyindən 30 dəqiqə əvvəl içmək gərəkdir.

Sarımsaq və limonun möcüzəvi xeyri:

- Damarlarda kirəclənmənin qarşısını alır, damar sərtliyi və təzyiqi normallaşdırır;
- Böyrək daşlarını əridir;
- Bədəndəki şişkinliyi aradan qaldırır;
- "Helycobeacter pylori" adlı xora mikrobunu məhv edir;
- Mədə və onikibarmaq bağırsağın xora xəstəliyini müalicə edir;
- Romatizmal iltihabın qarşısını alır, ağrıları azaldır;
- Beyin və bütün sinir sistemlərini yeniləyir;
- İflic və vertiqo xəstəliklərinin müalicəsində istifadə olunur;
- İmmuniteti gücləndirir; allergiyaları birdəfəlik aradan qaldırır;
- Xərçəngə qarşı immuniteti gücləndirir və s.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti