...

Daha yumurta qabığını atmayacaqsınız

Maraqlı Materials 13 Fevral 2017 23:41 (UTC +04:00)
Yumurta qabığı ən azı yumurtanın özü qədər faydalıdır.
Daha yumurta qabığını atmayacaqsınız

Bakı. Fidan Həsənzadə - Trend:

Yumurta qabığı ən azı yumurtanın özü qədər faydalıdır.

Trend-in məlumatına görə, alimlər yumurta qabığının "kalsium deposu" olduğunu bildirirlər. Belə ki, tərkibi 95% kalsium karbonatdan ibarət olan yumurta qabığını qaynatmaq, sonra sobada (93 ºC) 10-15 dəqiqə bişirmək lazımdır. Daha sonra toz halına salıb una qatmaq və ondan bir çox un məmulatları hazırlamaq olar.

Qabığın tərkibində olan kalsium qadınlarda yaşlandıqca yaranan osteoporoz (sümük əriməsi) ağrılarının qarşısını alır.

Lakin qabıqdan istifadə zamanı diqqətli olmaq lazımdır. Çünki normal olaraq gündə sadəcə 1 qram kalsium qəbul edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti