...

Sən demə, ən itigözlü ovçu o imiş..

Maraqlı Materials 13 Mart 2017 01:00 (UTC +04:00)
Yer kürəsində yaşayan ən dəqiq və itigözlü ovçular qartallar deyil, ktır milçəkləridir.
Sən demə, ən itigözlü ovçu o imiş..

Bakı. Trend:

Yer kürəsində yaşayan ən dəqiq və itigözlü ovçular qartallar deyil, ktır milçəkləridir.

Trend-in məlumatına görə, bioloqlar apardıqları müşahdilərdən sonra qənaətə gəliblər ki, bu növ milçəklər öz şikarını uzaq məsafədən hədəfə alaraq yüz faiz dəqiqliklə ələ keçirir.

Müşahidələr nəticəsində məlum olub ki, bu növ milçəklər öz uçuşlarını qurbanlarının uçuşları ilə sinxronlaşdıra da bilir. Ktır milçəklərinin baxışlarının itiliyi hətta özlərindən 10 dəfə böyük olan cırcıramalara bərabərdir.

Bütün bu bacarıqlar həmin milçəklərə öz qurbanlarını 50 santimetr məsafədən görməyə və bir saniyə ərzində onu ələ keçirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti