...

Ürək-əzələ toxuması yetişdirildi - İspanaqdan

Maraqlı Materials 29 Mart 2017 00:02 (UTC +04:00)
Böyük Britaniyanın Vuster Politexnik İnstitutunun bir qrup alimi ispanaq yarpaqlarından miokard əzələ toxumasının xassələrinə yaxın olan üzvi maddə əldə ediblər.
Ürək-əzələ toxuması yetişdirildi - İspanaqdan

Bakı. Trend:

Böyük Britaniyanın Vuster Politexnik İnstitutunun bir qrup alimi ispanaq yarpaqlarından miokard əzələ toxumasının xassələrinə yaxın olan üzvi maddə əldə ediblər.

Trend xəbər verir ki, bitkinin kapillyar toru insanın ürək-damar sistemi kimi fəaliyyət göstərir.

Alimlər "bitki" miokard toxumasını əldə etmək üçün ispanaqdan bir sıra maddələri ixtisar edərək neytral sellülozlu kapillyarlar karkasını saxlayıblar. Alınmış karkasın gövdə hüceyrələri ilə emalı nəticəsində kiçik həcmdə mayeni özundən ötürmək qabiliyyətinə malik əzələ toxuması əldə edilib.

Mütəxəssislər ümid edirlər ki, bu yeni ixtira gələcəkdə süni orqanların yetişdirilməsi prosesində donor materiallarından istifadəni minimuma endirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti