...

Amerikalılar elementar şeyləri bilmirlər - sorğu

Maraqlı Materials 17 İyun 2017 06:15 (UTC +04:00)
ABŞ əhalisinin 7%-nin şokoladlı südün qəhvəyi rənginin inəklərdən gəldiyini düşündüyü ortaya çıxıb
Amerikalılar elementar şeyləri bilmirlər - sorğu

Bakı. Trend:

ABŞ əhalisinin 7%-nin şokoladlı südün qəhvəyi rənginin inəklərdən gəldiyini düşündüyü ortaya çıxıb.

Trend "Sputnik"ə istinadən xəbər verir ki, ABŞ Süd Məhsullarının Təkmilləşdirilməsi Mərkəzi tərəfindən aprel ayında 18 yaşdan yuxarı 1000-dən artıq adam arasında aparılan bir sorğunun nəticələri hər kəsi şoka salıb.

Araşdırmaya qatılanların 7%-i şokoladlı südün qəhvə rənginin inəklərdən gəldiyini deyib.

İnternet vasitəsilə aparılan bu araşdırmada bütün ölkəni təmsil edən şəxslərin iştirak etdiyini nəzərə alsaq, 16 milyon 400 min amerikalının şokoladlı südün süd, şokolad və şəkərdən istifadə edilməklə hazırlandığını bilmədiyini deyə bilərik.

Digər tərəfdən, sorğu iştirakçılarının 48%-i də şokoladlı südün haradan əldə edildiyini deməkdə çətinlik çəkiblər. Sorğuya qatılanların 29%-i şokoladlı süd almaq üçün uşaqlarının adından bəhanə kimi istifadə etdiklərini söyləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti