...

Amerikalı professor: Şuşanın işğalı Ermənistanın azərbaycanlılara qarşı qəddar etnik təmizləmə kampaniyasını simvolizə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2013 14:06 (UTC +04:00)
Azərbaycanın Şuşa şəhərinin zəbt edilməsi və davam edən işğalı Ermənistanın azərbaycanlılara, o cümlədən Azərbaycan mədəni irsinə qarşı qəddar etnik təmizləmə kampaniyasını simvolizə edir.
Amerikalı professor: Şuşanın işğalı Ermənistanın azərbaycanlılara qarşı qəddar etnik təmizləmə kampaniyasını simvolizə edir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycanın Şuşa şəhərinin zəbt edilməsi və davam edən işğalı Ermənistanın azərbaycanlılara, o cümlədən Azərbaycan mədəni irsinə qarşı qəddar etnik təmizləmə kampaniyasını simvolizə edir. Trend-in məlumatına görə, bu barədə Montana Universitetinin professoru, jurnalist Tomas Qolts Amerikanın "Billings Gazette" nəşrində dərc olunan məqaləsində bildirib.

Trend in Ekspertlər Şurasının üzvü Qolts bildirib: "Azərbaycanın Qarabağ regionunun tarixi mərkəzi olan Şüşa şəhərinin 8 may 2013-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğalından 21 il keçir".

Qolts yazır: "18-ci əsrdə əsası qoyulan Qarabağ xanlığının paytaxtı Şuşa 19 və 20-ci əsrlərdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və musiqisinin beşiyi olub".

Qolts vurğulayıb: "Şuşa, o cümlədən Azərbaycan klassik musiqisinin banisi, müsəlman dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəylinin də vətənidir".

"Şuşanın işğalı zamanı 480 vətəndaş qətlə yetirilib, 600-dən çox insan yaralanıb, 22 min insan isə öz ölkələri daxilində qaçqın olub. Bununla yanaşı, qadınlar və uşaqlar daxil olmaqla 68 sakin əsir götürülüb. 6800 ev təsərrüfatı, 44 məktəb, bir neçə məscid və ev muzeyləri daxil olmaqla 279 mədəni abidə dağıdılıb".

Onun sözlərinə görə, keçmişdə böyük mədəni mərkəz olan Şuşa şəhəri bu gün ermənilərin işğalı nəticəsində kabus şəhər olaraq qalır.

Qolts yazır: "Mən erməni silahlı qüvvələri tərəfindən Şuşa və digər Azərbaycan torpaqlarının işğalının qınanmasında Azərbaycan-Amerika "Pax Turcica Institute"a qoşuluram. Mən ABŞ-ın rəsmi şəxslərini Yerevanın BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Azərbaycanın işğal olunan ərazilərindən qoşunların çıxarılması ilə bağlı qətnamələrinin yerinə yetirilməsinə və 600 mindən çox köçkün azərbaycanlının öz evlərinə qayıtmasına şəraitin yaradılmasına görə Ermənistan hökumətinə təzyiqlər göstərməyə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti