...

Sarkisyan KTMT-nin bəzi üzvlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bəyanatlarından narazıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2013 20:04 (UTC +04:00)
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzv dövlətlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkilatın qərarlarına uyğun olmayan bəyanatlar verməsini düzgün hesab etmir.
Sarkisyan KTMT-nin bəzi üzvlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bəyanatlarından narazıdır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzv dövlətlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkilatın qərarlarına uyğun olmayan bəyanatlar verməsini düzgün hesab etmir. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Serj Sarkisyan bazar günü Soçidə keçirilən KTMT Şurasının iclasında bəyan edib.

Onun sözlərinə görə, təbii ki, bir çox ölkələrin Azərbaycanla bağlı öz maraqları var:

"Lakin biz sənədlərin qəbulu zamanı KTMT-nin üzv dövlətlərinin maraqlarının və təşkilatın imicinin əleyhinə olan bəyanatlarla razılaşa bilmərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti