...

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının təxribatı ilə bağlı məsələyə aydınlıq gətirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2014 12:21 (UTC +04:00)
Yanvarın 20-də Ermənistan Respublikasının kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayıblar.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının təxribatı ilə bağlı məsələyə aydınlıq gətirib

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 20-də Ermənistan Respublikasının kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Ermənistan ordusundakı itkilər hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hər hansı bir insident qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti