...

Azərbaycan səfiri britaniyalı fotojurnalistin Dağlıq Qarabağa qanunsuz səfərinə etiraz edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2014 10:32 (UTC +04:00)
Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov britaniyalı fotojurnalist Anastasiya Teylr-Layndın Azərbaycanın Dağlıq Qarabağ regionuna qanunsuz səfəri və onun Britaniyanın "The Guardian" qəzetində çıxan məqaləsinə etiraz olaraq həmin qəzetə məktub yazıb.
Azərbaycan səfiri britaniyalı fotojurnalistin Dağlıq Qarabağa qanunsuz səfərinə etiraz edib

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov britaniyalı fotojurnalist Anastasiya Teylr-Layndın Azərbaycanın Dağlıq Qarabağ regionuna qanunsuz səfəri və onun Britaniyanın "The Guardian" qəzetində çıxan məqaləsinə etiraz olaraq həmin qəzetə məktub yazıb.

Trend-in "The Guardian" qəzetinə istinadən verdiyi məlumata əsasən, F.Qurbanov məktubunda sözügedən qəzetin Anastasiya Teylr-Layndın Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən toy mərasimində çəkdiyi fotonu və bu barədə məlumatı çap etməsindən narahat olduğunu bildirib: "İncəsənətlə məşğul olan insanlar qərəzsiz və obyektiv olmalıdırlar və münaqişədən əziyyət çəkən bütün insanların vəziyyətini vurğulamalıdırlar".

Səfir qeyd edib ki, Anastasiya Teylr-Laynd Azərbaycana gəlib, Dağlıq Qarabağdakı evlərini tərk etməyə məcbur olmuş məcburi köçkünlərin vəziyyətinin şahidi olmalıdır. Səfirin sözlərinə görə, bir başqasının bədbəxtliyi üstündə qurulan xoşbəxtlik barədə yazmaq regiona sülh və stabillik gətirmək səylərini sarsıdır.

F.Qurbanov qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionuna və digər işğal olunmuş ərazilərinə icazəsiz səfərlər qeyri-qanuni hesab olunur: "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınan hissəsidir və Azərbaycanın Dağlıq Qarabağ regionuna səfər etməyi planlaşdıran xarici vətəndaşlar bunu Azərbaycanın müvafiq qurumları vasitəsilə həyata keçirməlidirlər. Azərbaycanın Dağlıq Qarabağ regionuna ölkənin icazəsi olmadan səfər edən şəxslərin Azərbaycana səfər etməsi də qadağan olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti