...

Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Türkiyədə silsilə tədbirlər keçiriləcək (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2014 03:11 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının ildönümü münasibətilə silsilə tədbirlər planı hazırlayıb.
Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Türkiyədə silsilə tədbirlər keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının ildönümü münasibətilə silsilə tədbirlər planı hazırlayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qeyd olunan silsilə tədbirlər planına əsasən, fevralın 25-də Türkiyənin nüfuzlu qeyri-hökumət qurumlarından biri olan Türkiyə Vəkillər Kollegiyası ilə birgə "Qarabağ problemi və Xocalı soyqırımı" mövzusunda geniş konfrans təşkil olunacaq.

Həmin gün, həmçinin Ankaranın Kızılcahamam rayonunda səfirliyin təşəbbüsləri ilə inşası davam edən Xocalı parkı, Muzeyi və abidə kompleksinin təqdimat mərasimi keçiriləcək. Kızılcahamam rayonunda inşası davam edən soyqırım kompleksinin yaxın vaxtlarda açılışı gözlənilir.

Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə silsilə tədbirlər planı çərçivəsində fevralın 26-da Ankaranın Keçiören rayon bələdiyyəsi ilə Azərbaycan səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə sözügedən rayonda inşa edilən Xocalı soyqırımı meydanında yerləşdirilmiş və xalq rəssamı, heykəltəraş Natiq Əliyevin ərsəyə gətirdiyi Xocalı soyqırımı heykəlinin açılış mərasimi keçiriləcək.

Həmin gün Türkiyənin nüfuzlu universitetlərindən biri olan Qazi Universitetində "Sönməyən atəş - Xocalı" sərlövhəli geniştərkibli konfrans keçiriləcək.

Qeyd edək ki, Ankara xaricində də, Türkiyənin Samsun, İzmir, Malatya, Elazığ, Kahramanmaraş, Qaziantep, Adana, Giresun, Trabzon, Eskişehir, Kayseri, Kütahya, Bursa, Balıkesir, Antalya və Ərzurum kimi müxtəlif şəhərlərində yerləşən universitetlərdə səfirliyin dəstəyi ilə Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə çoxsaylı xatirə tədbirləri təşkil olunacaq.

Xocalı soyqırımının Türkiyə ictimaiyyətinə ətraflı şəkildə tanıtdırılması üçün səfirlik qeyd olunan çoxsaylı tədbirlərə xeyli əyani təbliğat materialları göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti