...

Rusiya XİN rəhbərinin Azərbaycana səfəri iki mühüm xarici siyasət tendensiyasını göstərdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2014 15:11 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri iki çox mühüm xarici siyasət tendensiyasını göstərdi.
Rusiya XİN rəhbərinin Azərbaycana səfəri iki mühüm xarici siyasət tendensiyasını göstərdi

Trend-in icmalçısı Elmira Tariverdiyeva

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri iki çox mühüm xarici siyasət tendensiyasını göstərdi.

Əvvəla, Bakı Qərblə Rusiya arasında balansı qoruyub saxlamaqda, son vaxtlar getdikcə daha artıq qütbləşən güc mərkəzləri arasında tam siyasi tarazlığa praktiki olaraq riayət etməkdə davam edir.

İkincisi, Rusiya regiondakı heç bir yeni inteqrasiya layihələrinə və vəzifələrinə baxmayaraq, əvvəlki kimi hətta Moskvanın Ermənistanla razılaşdırdığı bütün şərtlərdən daha çox dərəcədə Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Kremlin məntiqi aydındır. Bu gün Qərb və ABŞ Ukrayna böhranı ilə bağlı mövqeyinə görə Rusiyanı diplomatik planda təcrid etməkdən ötrü hər cür səy göstərirlər. Və burada Moskvanın əsas dəlili postsovet ölkələri ilə, xüsusilə Qərbin özünün maraqlı olduğu dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi ola bilər. Qərb boş yerə son vaxtlar Bakı ilə yaxınlaşmağa getdikcə səy göstərdiyini nümayiş etdirmir. Lavrovun səfərindən bir neçə gün əvvəl Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycana səfər etmişdi.

Bakıya ikigünlük səfəri zamanı Rusiya XİN-in rəhbəri Prezident İlham Əliyev və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli və beynəlxalq gündəliyə daxil olan əsas məsələlər, o cümlədən Xəzərin statusu, Dağlıq Qarabağ problemi, Qəbələdə keçiriləcək Azərbaycan-Rusiya biznes forumu barədə müzakirələr apardı.

Lavrovun Rusiyanın Ermənistanın Gömrük İttifaqına BMT-nin tanıdığı sərhədlər çərçivəsində daxil olacağını dəstəklədiyi və buna şübhə etmədiyi barədə bəyanatı Bakı üçün vacib mesaj oldu. Bu faktı qeyd etməklə Lavrov görünür, Bakının Dağlıq Qarabağ münaqişəsi nizamlananadək Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması niyyəti ilə bağlı narazılığını aradan qaldırmaq istəyir.

Bu, təəccüblü deyil, Ermənistanın Aİİ-yə qoşulmasının ona İttifaqa üzvlüyündən Azərbaycanın işğal olunmuş ərazilərində də yararlanmaq imkanı verəcəyi təhlükəsi mövcuddur, çünki bu gün işğal olunmuş ərazilər Yerevandan idarə olunur, oradakı təsərrüfat fəaliyyəti isə Ermənistan milli valyutasında aparılır. Lakin Aİİ ölkələri liderlərinin problemə münasibəti, eləcə də Lavrovun yuxarıda qeyd edilən sözlərinə görə Azərbaycanın maraqları müdafiə olunacaq.

Bununla yanaşı, nazir ona da işarə edib ki, Rusiya Bakını Moskvanın inteqrasiya layihələrində görməkdən məmnun olardı, lakin belə ssenariyə israr etmir. Azərbaycanın Avrasiya İttifaqına daxil olmasının perspektivləri haqqında sualı cavablandıran rusiyalı nazir qeyd edib ki, Azərbaycana Avrasiya İttifaqına daxil olmaqla bağlı rəsmi dəvət göndərilməyib. Amma Moskva tərəfdaşlarının Avrasiya məkanına maraq göstərməsinə daim şaddır.

Azərbaycanın seçiminə belə loyal münasibət ondan xəbər verir ki, Rusiya həqiqətən özünün Cənubi Qafqazdakı tərəfdaşına hörmət edir və bir sıra aktual xarici siyasət məsələlərində Bakının dəstəyinə nail olmağa çalışır.

Çox güman ki, tərəflər danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunublar. Xüsusilə Lavrovun tezliklə Bakıda gündəlikdə olan məsələnin müzakirə edilməsinin tamamilə mümkün olacağı Yerevana yola düşəcəyi faktı xüsusilə mühümdür.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Lavrov və Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyü haqqında məsələni də şərh ediblər. Məmmədyarov deyib: "Biz indi bu görüşün təşkili ilə bağlı Fransadan cavab gözləyirik".

Sonda nazirlər qeyd ediblər ki, danışıqlar səmimi və müsbət atmosferdə keçib və onlar iki ölkə arasında münasibətlərin dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanması ilə razılaşıblar. Deməli, Bakının və Moskvanın qarşılıqlı fəaliyyət siyasəti tarazlıq, hörmət və Kremlin bir sıra postsovet ölkələri ilə münasibətlərində çatışmayan digər tərəfin rəyini nəzərə almaq prinsipləri əsasında qurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti