...

Nalbandyan Minsk qrupunun həmsədrlərini qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2014 16:56 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrləri Pyer Andryö və İqor Popovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Nalbandyan Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrləri Pyer Andryö və İqor Popovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu barədə Trend "Armenia Today"ə istinadən məlumat verir.

Ermənistan XİN-in mətbuat xidməti xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında müzakirələr davam edib.

E.Nalbandyan Ermənistanın ATƏT-in Minsk qrupu ilə münaqişənin istisnasız olaraq sülh yolu ilə nizamlanması üzrə birgə səyləri davam etdirməyə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti